YAŞI 300-400 İLƏ ÇATAN GÖYCƏ YALNIZ NAXÇIVANDA YETİŞİR

0
5

Əziz naxçıvanlılar və şəhərimizin qonaqları!!! Göycə fetsivalının keçiriləcəyi tarix dəqiqləşdirildi. Festival may ayının 27-də saat 11:00-da Naxçıvanqalada təşkil olunacaq. Uzun illərdir yazılarımda Naxçıvan göycəsinin tanıdılması, brend məhsula çevrilməsi üçün muxtar respublikada “Göycə festivalı” keçirilməsi arzusunu dilə gətirmişəm. Ölkəmizdə və dünyada belə bir təcrübə vardır. Məsələn, Göyçayda “Nar”, Türkiyənin Antalya şəhərində “Portağal”, Adana şəhərində “Qarpız” festivalları keçirilir.
Artıq muxtar respublikamızın inkişafı, burada yaradılan müasir infrastruktur imkan verib ki, Naxçıvanda da “Göycə festivalı” keçirilsin.. Buyrun gəlin!!!!
Dünyanın heç bir yerində yetişdirilməyən bu neməti tanıtmaq borcumuzdur. Necə ki banan, kivi, ananas dünyada məşhur olan meyvələrdəndir, Naxçıvan göycəsi də bu sırada yer tutmağa layiqdir. Çünki yaşı 300-400 ilə çatan göycə yalnız Naxçıvanda yetişir. Düzdür, Azərbaycanın digər bölgələrində də müxtəlif növlü alça ağacları vardır.

Ancaq alçanın Naxçıvanda yetişən göycə növünün görünüşü və dadı tamamilə fərqlidir. “Göycə” sözü yalnız Naxçıvan dialektinə aid olan sözdür. Yəni göycə Naxçıvandan başqa yerdə bitmədiyi kimi, bu söz də bu bölgədən başqa heç bir yerdə işlənmir; ədəbi dildə də rast gəlinmir. “Göycə” sözündəki “göy” sözü yeni, təzə mənasını ifadə edir. Muxtar respublikada yazın ilk yetişən meyvələrindən biri olduğuna görə bu meyvəni “göycə” adlandırıblar.

SARA ƏZİMOVA,

AZİNFORUM.AZ