Ərdoğan İlham Əliyevə hansı kitabı hədiyyə edib?

0
2

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən BMT Dünya Humanitar Sammitinə qatılan ölkələrin liderləri və baş nazirlərinə “Cahan-Pənah (Dünyanın sığınacağı) Osmanlıdan bu günə Humanitar Diplomatiya” kitabını imzalayaraq hədiyyə edib.

Axar.az xəbər verir ki, kitabda Osmanlı imperiyasından bu günə qədər olan beynəlxalq yardımlarla bağlı 77 sənəd yer alır.

Kitabdakı ən köhnə sənəd isə 1478-ci ildə Fateh Sultan Məhmədin Bosniya ilə bağlı fərmanıdır.

Qeyd edək ki, mayın 23-24-də baş tutan sammitə Prezident İlham Əliyev də qatılıb.
Ərdoğan Əliyevə hansı kitabı hədiyyə etdi?