Müsavatın qurultayının dəqiq vaxtı bəlli oldu
Müsavat Partiyası qurultayını sentyabrın 27-nə keçirib.
Müsavatın adının açıqlanmasının istəməyən üzvünün Publika.az-a verdiyi məlumata görə, bu təşəbbüslə partiya başqanı İsa Qəmbər çıxış edib.
“Bu tarix qurultay üçün son tarixdir. Artıq heç bir dəyişiklik olmayacaq. İsa bəy qurultayın keçirilməsində israrlıdır. Əgər hökumət yer ayırmasa belə, qurultay deyilən vaxtdan o yana keçməyəcək”,– deyə o bildirib.
Müsavat üzvü qeyd edib ki, partiya funksionerlərindən başqanla razılaşmayanlar da var: “Amma partiya qərargahında olsa belə, bu dəfə qurultay təxirə salınmayacaq”.
Qeyd edək ki, A. Hacılı açıqlamasında bildirib ki, qurultayın yaxın aylarda keçirilməsi şübhəsizdir.