Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılması yeni hökumətin proqramında əsas bəndlərdən biridir.
APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
“Hökumət dialoq yolu ilə Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində səyləri davam etdirəcək”, – deyə Nazirlər Kabinetinin Türkiyə parlamentinə təqdim olunan proqramında bildirilir.