Suriya kimyəvi silahı tam təhvil verdi

0
10

Suriya kimyəvi silahı tam təhvil verdi

Müvafiq arsenal açıq dənizdə məhv ediləcək

Bu gün Suriya özünün 1300 tonluq kimyəvi silah ehtiyatının sonuncu 8 faizini təhvil verib. Teleqraf.com-un verdiyi məlumata görə, Haaqa tribunalının nümayəndəsi Əhməd Uzumku bu barədə müvafiq açıqlama ilə çıxış edib.

Əhməd Uzumkunun sözlərinə görə, kimyəvi silahın sonuncu hissəsi bu gün Suriyanın Latakiya limanında gəmilərə yüklənib. Müvafiq kimyəvi silah arsenalı açıq dənizdə məhv ediləcək.

O, eyni zamanda, vurğulayıb ki, hələlik, Suriyanın artıq kimyəvi silaha malik olmadığını əminliklə söyləyə bilməz. Xatırladaq ki, özünün kimyəvi silah ehtiyatlarını təhvil verməyə ötən ilin payızında razılaşıb. Bu, hökumət qüvvələrinin Dəməşq ətrafında mövqe tutan müxalif hərbi birləşmələrə qarşı kimyəvi silah işlətməsi müqabilində ABŞ-ın raket zərbəsi təhdidindən sonra baş verib.

LEAVE A REPLY