Rza Zərrab tələbəni döydü

0
10

Rza Zərrab tələbəni döydü

Azərbaycanlı iş adamı Rza Zərrab Türkiyə vətəndaşına qarşı zorakılıq göstərməkdə ittiham olunub.

Ötən gün baş verən insidentlə bağlı Rza Zərrab polisə izahat verib. Şəhər hüquq-mühafizə orqanları tərəfindən dindirilən Zərrab daha sonra jurnalistlərin suallarını cavablandırıb: “Hər kəsdən kənarda öz istirahətimizi edirdik. Yaxınlarımın yanında mənə “Oğru” deyə qışqırdı. Daha sonra isə mübahisəmiz yarandı”.

Qeyd edək ki, Bodrumda baş verən hadisə zamanı tələbələr iş adamı Rza Zərraba “Oğru var” deyə söz atıblar. Tələbələr həmin günün axşam saatlarında naməlum şəxslər tərəfindən döyülüblər. Şahidlər tələbələri döyən şəxslərin Rza Zərrabın mühafizəçiləri olduğunu bildiriblər.

LEAVE A REPLY