AXCP-də yeni təyinat…

0
4

Dünən AXCP Nərimanov rayon şöbəsinin yığıncağı keçirilib. Bu şöbədə ciddi itkilər baş verdiyindən uzun müddətdir ki, şöbənin fəaliyyəti iflic vəziyyətindədir. Demək olar ki, şöbədə 5-6 üzv qalıb. Aldığımız məlumata görə, Nərimanov rayonu ərazisində yerləşən çayxanaların birində keçirilmiş yığıncaqda AXCP sədrinin müavinləri Nurəddin Məmmədli və Gözəl Bayramlı iştirak edib.

İclasda Namiq Salamov Nərimanov rayon şöbəsinə sədr müavini təyin edilib. Bu təyinat bir daha təsdiq edib ki, Əli Kərimli təyinata imza atarkən üzvlərin şantaj etmə qabiliyyətini sınaqdan keçirir.

Belə ki, N.Salamov bir neçə gün öncə tanınmış jurnalist Sərdar Əlibəylini şantaj etmişdi. Buna etiraz edən jurnalist Əli Kərimliyə bəyanat ünvanlamışdı. Nəticəsi artıq bəlli olub. AXCP sədri N.Salamovun şantaj etmək qabiliyyətini yüksək qiymətləndirərək ona vəzifə verib. Bu isə “Millətim”in Ə.Kərimlinin rəqiblərini şantaj etmə metodundan mütəmadi istifadə etməsi barədə yazdıgını bir daha təsdiqləyib.

Turan Türk