Yusif, Zəhra, Fatimə, Əli adlarının qoyulması halları azalır

0
7

Azərbaycanda ilk onluğa daxil olan adların uşaqlara qoyulması halları azalıb.

Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, Yusif, Zəhra, Nuray, Fatimə, Hüseyn, Əli, Aylin, Ayan, Zeynəb, Ömər, Məhəmməd adları Azərbaycanda qız və oğlanlara ən çox qoyulan adlar sırasında ilk onluğa daxil olsa da, (hazırda da belədir), 2015-ci ildə bu adlar qoyulan uşaqların sayı 2014-cü ilə nisbətən azalıb.

Belə ki, 2014-cü ildə Yusif adı 4776, 2015-ci ildə 3555, 2014-cü ildə Zəhra adı 4424, 2015-ci ildə 3512, 2014-cü ildə Nuray adı 2970, 2015-ci ildə 2474, 2014-cü ildə Fatimə adı 3070, 2015-ci ildə 2303, 2014-cü ildə Hüseyn adı 3204, 2015-ci ildə 2533, 2014-cü ildə Əli adı 3065, 2015-ci ildə 2472, 2014-cü ildə Aylin adı 2117, 2015-ci ildə 1773, 2014-cü ildə Ayan adı 2022, 2015-ci ildə 1531, 2014-cü ildə Zeynəb adı 2027, 2015-ci ildə 1746, 2014-cü ildə Ömər adı 1889, 2015-ci ildə 1672, 2014-cü ildə Məhəmməd adı 1771, 2015-ci ildə 1492 uşağa qoyulub.

Məlumatlara görə, 2012-ci ildən 2014-cü ilədək bəzi adların qoyulma sayı illər üzrə artıma doğru dəyişib. Lakin bu artım 2015-ci ildə qeydə alınmayıb. Məsələn, Yusif adı 2012-ci ildə 3999, 2013-cü ildə 4426, 2014-cü ildə 4776 uşağa qoyulub. Zəhra adı 2012-ci ildə 3921, 2013-cü ildə 4269, 2014-cü ildə 4424, Hüseyn adı 2012-ci ildə 2847, 2013-cü ildə 2942, 2014-cü ildə 3204 uşağa, Əli adı 2012-ci ildə 2830, 2013-cü ildə 2995, 2014-cü ildə 3065, Aylin adı 2012-ci ildə 1795, 2013-cü ildə 2084, 2014-cü ildə 2117 uşağa, Zeynəb adı 2012-ci ildə 1725, 2013-cü ildə 2008, 2014-cü ildə 2027 uşağa qoyulub.