Bu çayla parazitlərdən qurtulun…

0
4

Bu bitki çayı orqanizmi parazitlərdən əsaslı şəkildə təmizləyir. Bu çox tanınmış  və effektli reseptdir.

Tərkib:

– Sürvə otu

– Tozağacı yarpaqları

– Palıd ağıcı qabığı

– Kalendula

– Ayıpəncəsi

– Dağ tərxunu

– Yovşan

– Nanə

– Çobanyastığı

Hər otdan 1 xörək qaşığı götürülür və qarışdırılır. Bu qarışıqdan 1 çay qaşığı götürüb 1 stəkan qaynar su tökün və termosda 1 saat ərzində dəmləyin. Hazır çayı yaxşı süzün və 1 həftə ərzində hər gün acqarına stəkanın 1/4 hissəsi olmaqla, sonra 2 həftə ərzində 1 stəkan olmaqla qəbul edin. Müalicə kursu 3 həftə təşkil edir.

Hamilə qadınlara və kiçik yaşlı uşaqlara bu dəmləməni vermək olmaz. Daha böyük yaşda uşaqlara pediatrdan məsləhətləşdikdən sonra bu çayı verə bilərsiniz.

Bəzi mədə-bağırsaq və qaraciyər xəstəlikləri zamanı bu çaydan istifadə etmək olaz.

Müalicədən sonra adətən bu kimi müsbət dəyişikliklər qeyd edilir:

– həzm proseslərin və yuxunun yaxşılaşması

– iş qabiliyyətinin artması

– üz dərisinin təmizlənməsi

– immunitetin möhkəmlənməsi

– əhval-ruhiyyənin yaxşılaşması, stresin və depressiyanın azalması

– allergik reaksiyaların (qaşınma, səpgilər və s.) yox olması.