Bəzi nüfuzlu mənbələr ABŞ-dakı xüsusi bioloji laboratoriyalarda bəşəriyyət üçün çox təhlükəli silahın hazırlandığı iddia edir.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bir çox xəstəliklərin araşdırılması və öyrənilməsi üçün nəzərdə tutulan həmin laboratoriyaların bəzilərində xüsusi bioloji silah hazırlanır. Hazırlanan virusun insanlar üçün kifayət qədər təhlükəli olacağı bildirilir.
ABŞ-ın “USA Today” mətbuu orqanının dediyinə görə, Mərkəzi Bioloji Laboratoriya və çox nüfuzlu CDC Laboratoriyası həmin virusun hazırlanma faktını inkar edib.
Lakin hazırda ABŞ-dakı 100-ə qədər elmi laboratoriya güc qüvvələri tərəfindən xüsusi nəzarətdə saxlanılır. Deyilənlərə görə, ABŞ təhlükəsizlik orqanlarının apardığı əməliyyatlar nəticəsində bir çox laboratoriyalarda kimyəvi silahların hazırlanması üçün istifadə edilən elementlər və tərkiblərə rast gəlinib.