İpoteka kreditləri gələn aydan bərpa olunur

0
4

Azərbaycanda gələn aydan ipoteka kreditlərinin verilməsinə başlanılacaq.

Bunu Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Deputatın sözlərinə görə, artıq bu istiqamətdə iş aparılır və gələn aydan ipoteka kreditlərinin verilməsi bərpa olunacaq.

“Son vaxtlar maliyyə sıxıntıları yaşandığından bu məsələ bir az gecikdi. Bildiyimiz kimi, ölkə başçısının ipotekakreditlərinin verilməsi ilə bağlı sərəncamı var idi. Bundan əlavə prezident çıxışında Azərbaycanın İpoteka Fonduna əlavə 200 milyon manat pul ayrılacağını bildirmişdi. Məndə olan məlumata görə, gələn aydan etibarən ipotekakreditlərinin verilməsinə başlanılacaq”, – deyə millət vəkili bildirib.