Bu metodlarla yaddaşımızı gücləndirə bilərik

0
4
Müxtəlif yaş dövrlərində rast gəlinən yaddaş pozğunluğunu bir neçə üsulla aradan qaldırmaq olar. Xatırladaq ki, yaddaş pozuntusu bəzən yaşla, bəzən bioloji faktorlarla, bəzən də beynin çox yüklənməsi ilə əlaqədar olur. Bəs görəsən bunun qarşısını almaq üçün nə etməli?
Moderator.az yaddaşı gücləndirmək üçün bir neçə sınanmış metodu təqdim edir:
1.Şokolad, yumurta, balıq, qoz, dənli bitkilər taxıl və s. bu kimi qidalar yaddaşı möhkəmləndirir. Şokolad kakao tərkibli olduğundan beyində qan dövranını gücləndirir. Qoz omeqa-3 və sinklə zəngin olduğundan gün ərzində yaddaşı canlı tutmağa yardımcı olan önəmli qidalar sırasındadır. Balıq da həmçinin omeqa-3-lə zəngindir. Bu qida beyni həm qoruyur, həm bəsləyir beyinlə bərabər görmə qabiliyyətini də artırır. Taxıl kimi qidalar əsasən karbohidrat deposu hesab olunur. Yumurta isə xüsusən “B” vitaminini özündə birləşdirən qida rasionumuza müntəzəm daxil olması çox faydalıdır.
Oxuduqlarımızın yaddan çıxmaması üçün isə bu metodlardan istifadə edə bilərik:
Oxuyub bitirdikdən sonra 5 dəqiqə təkrar üçün zaman ayırmaq lazımdır. Bu məlumatın 1 gün yaddaşımızda qorunmasını təmin edər.
Öyrəndiyimizi 24 saat sonra 10 dəqiqəlik təkrarla möhkəmləndirə bilərik. Bu zaman  oxuduqlarımızən 1 həftə yaddaşda qalmasını təmin edəcəyik.
Bir həftədən sonra bütün oxuduqlarımızı 20 dəqiqə təkrar etsək onların 1 ay yaddaşda qalmağına şərait yarada bilərik.