Ermənistan Şuşada və Sədərəkdə də kimyəvi silah işlədib
BMT Ermənistana qarşı sərt sanksiyalar tətbiq etməlidir
Ermənilərin aprelin son günlərində Qarabağ cəbhəsində dinc yaşayış məntəqələrimizə qarşı güclü artilleriya hücumlarından bir neçə gün sonra Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisinə ermənilərin atdığı, beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş partlamamış hərbi sursat – 1 ədəd 122 mm-lik top mərmisi (kimyəvi tərkibli, ağ fosforlu) aşkarladılar. Xarici İşlər və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər və ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler düşmənin müntəzəm olaraq atəş altında saxladıqları Əskipara kəndinə səfər etdilər. Onlar beynəlxalq konvensiyalarla qadağan olunmuş təhlükəli hərbi sursatdan istifadə faktı ilə tanış oldular.
Respublika Baş Prokurorluğu ermənilərin mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməsi faktına görə cinayət işi başlatdı. Təəssüf ki, beynəlxalq qurumlar və super dövlətlər tərəfindən Ermənistanın növbəti cinayət faktına ciddi və sərt reaksiyalar olmadı. Halbuki, 1990-cı illərdə İraqa qarşı sərt iqtisadi-siyasi sanksiyalara və 2003-cü ildə Ağ Evin başçılığıyla koalisiya qüvvələrinin Bağdada daxil olaraq ölkəni faktiki işğal etməsinə və Səddam Hüseyni devirməsinə onun kimyəvi silahdan dinc əhaliyə qarşı istifadə etməsi və guya anbarlarda külli miqdarda kimyəvi silah saxlaması faktlarıyla əlaqədar olmuşdu.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta yalnız Ermənistanın fosfor bombalarından istifadə etmə faktını və İrəvanın nüvə silahının yaradılması haqqında bəyanatını da şərh etməklə ABŞ-ın kütləvi qırğın silahlarının yayılması və tətbiqinin qəti əleyhinə olmasını vurğulamaqla kifayətləndi. BMT, ATƏT, AŞ, AB və s. qurumlardan isə səs çıxmadı.
Bütün bunlar yenə də rəsmi beynəlxalq qurum və aparıcı dövlətlərin Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi və dinc əhaliyə qarşı saysız-hesabsız cinayətlər törətməsi faktlarına ikili standartlarla yanaşmasına növbəti sübutdur.
Özü də nəzərə almaq lazımdır ki, erməni hərbi birləmələrinin Azərbaycan ərazisində kimyəvi silah işətməsi ilk hal deyil. Xarici jurnalistlərin də araşdırmalarından bəlli olur ki, I Qarabağ savaşında da düşmənlər müxtəlif döyüş bölgələrində hərbçilərimizə və dinc əhaliyə qarşı dəfələrlə kimyəvi silahdan istifadə ediblər. Ermənilərə qarşı ədalətli çıxışlarıyla tanınan Litva jurnalisti Riçardas Lapaytis 1992-1993-cü illərdə Qarabağda və sərhədyanı bölgələrdə qaynar döyüşlərin şahidi kimi araşdırmalar da aparıb. Onun uzun illər göstərdiyi cəhdlərdən sonra yalnız Litvanın rəsmi “Lietuvos zonies” qəzetində dərc etdirdiyi “İrəvanın Dağlıq Qarabağda Azərbaycana qarşı kimyəvi müharibəsi” adlı məqalədən məlum olur ki, 1992-ci ilin mayında Şuşanın işğalı günlərində də ermənilər kimyəvi silahdan istifadə etmişlər. Bu barədə sual ünvanladığımız keçmiş müdafiə naziri Rəhim Qazıyev və Şuşanın son günlərinədək tabor komandiri olmuş Fəxrəddin Səfərov ermənilərin kimyəvi silah tətbiq etməsi haqda faktlara rast gəlmədiklərini söyləsələr də, tanınmış hərbi ekspert, Qarabağ qazisi Üzeyir Cəfərov I Qarabağ savaşında ermənilərin kimyəvi silah işlətməsi barədə faktların olduğunu təsdiqlədi. Ekspertin sözlərinə görə, o, xüsusən briqada komandirinin müavini olduğu Füzuli-Cəbrayıl istiqamətində düşmənin qadağan olunmuş silahlar, o cümlədən kimyəvi tərkibli mərmilər işlətməsinin şahidi olub. İstefada olan polkovnik digər bölgələrdə, o cümlədən Naxçıvan istiqamətində də Ermənistan ordusunun sözügedən silahlardan istifadə etməsi haqda da informasyalar olduğunu bildirdi. Bütün hallarda belə qənaətə gəlmək olur ki, əcnəbi jurnalist R.Lapaytisin araşdırması heç də əsassız görünmür…
Jurnalist yazır: “Erməni hərbi birləşmlərinin hansısa yolla kimyəvi silah əldə etmələri və Qarabağda ondan istifadə etmələri heç kəs üçün sirr deyildi. Ancaq mətbuatda, o cümlədən xaricdə də bu haqda danışılmırdı. Hətta o dövrkü Azərbaycan rəhbərləri də beynəlxalq müşahidəçiləri çağırmaq lazım olduğunu gec anladılar. Həmin vaxtda isə artıq Azərbaycanda əleyhiqazlar paylanır, əhaliyə su içməmək, heç nəyə toxunmamaq barədə xəbərdarlıqlar edilirdi. 1992-ci ildə Azərbaycan Səhiyyə Nazirliyində peşəkar tibb mütəxəssislərindən ibarət xüsusi komissiya yaradıldı və laboratoriya araşdırmaları aparıldı. Kimyəvi hücum nəticəsində həlak olanların soyadları dəqiq məlumdur. Məhkəmə-tibb ekspertizalarının nəticələri də saxlanılıb.
Şuşaya qarşı kimyəvi hücum
Ermənistanın hərbi birləşmələri ilk dəfə kimyəvi silahı Şuşaya qarşı işlətdilər. Ancaq qeyri-peşəkarlardan ibarət könüllü dəstə üzvləri onlara qarşı işlənmiş siahın nə dərəcədə təhlükəli olduğunu dərk etmirdilər”.
Ermənilər Ağdam və Sədərəkdə də kimyəvi silah işlədiblər…
R.Lapaytis qayalar üzərində yerləşən Şuşanın yalnız xəyanət nəticəsində işğal edilə biləcəyini vurğulayır. Əcnəbi jurnalistin yazdığına görə, elə həmin ilin mayında Naxçıvanın Sədərək qəsəbəsinə hücumda da ermənilər kimyəvi silahdan istifadə etmişlər. R.Lapaytis o zaman blokada şəraitində yaşayan Naxçıvanda iqtisadi-sosial vəziyyətin də ağır olduğunu, muxtar respublikanın o vaxtkı rəhbəri Heydər Əliyevlə kerosin lampası işığında müsahibə götürdüyünü də qeyd edir.
Daha sonra o, Ağdama da kimyəvi silah atıldığını yazır:”Aşağı Qarabağdakı Ağdam da kimyəvi mərmilərlə atəşlərə məruz qalmışdır. Yalnız 1992-ci il mayın 12-də bu şəhərdə 15 bomba partlamışdır. Mərmilərdən 4-ü mərkəzi xəstəxananın ərazisinə, 4-ü 20 Yanvar, Füzuli, Məşədi Abbas və Sabir küçələrinə, daha 7-si isə yaşayış evlərinə düşmüşdür. Kimyəvi hücumdan zərər çəkmiş yaralılar Bakının mərkəzi xəstəxanasına gətirilmişlər. Məhkəmə-tibb ekspertizası onların bədənində iprit, fosgen və sianidlər qrupuna aid zəhərli maddələr aşkar etmişdir. Ancaq reanimasiyadan sonra insanlar həlak olur, həkimlər nəsə etməkdə aciz qalırdılar. Xəstələrdə boğulma, ürək və böyrək çatışmazlığı, nəbzin yavaş vurması halları müəyyən edilir, dəriləri üzərində sulu yaralar olurdu. Ağdamda yaralanmış Aydın Hüseynov(1969) axşam saat 10-da xəstəxanaya gətirilmiş, səhər saat 3-də ölümü qeydə alınmışdır.
Genişmiqyaslı kimyəvi hücum
Litvalı jurnalist tezliklə ermənilər tərəfindən qadağan olunmuş silahlarn tamamilə açıq şəkildə tətbiq edilməsinin başlandığını vurğulayaraq yazır: “ 5 iyun 1992-ci ildə Tovuz rayonunun Muncuqlu kəndi atəşə tutulmuşdur. Orada sianidlər qrupuna aid maddələr aşkar edilmişdir. Belə mərmilər Cəbrayıl şəhərinə də atılmışdır. Onlardan biri internat-məktəbin yanında partlamışdır. Həmin il Qarabağın digər şəhəri –Tərtərə də hücum edilmişdir. 4 mərmi rayon mərkəzinə, daha 3-ü isə rayonun digər ərazilərinə düşmüşdür. Çoxlu dinc insan həlak olmuşdur. Füzuli rayonu da kimyəvi hücuma məruz qalmışdır. Orada mərmilərlə yanaşı, kimyəvi patronlar da tətbiq edilmişdir. Kəskin nişançılar belə güllələrlə şəhərin 5 sakinini öldürmüşlər.
Səhiyyə Nazirliyi DİN-ə kimyəvi silah barədə məlumat verib
Azərbaycan Səhiyyə Nazirliyinin Daxili İşlər Nazirliyinə göndərdiyi məktubda tətbiq edilmiş bombaların kimyəvi tərkibləri göstərilmişdir. Xəbərdarlıq edilmişdir ki, erməni hərbi birləşmələri əvvəllər hesab edildiyi kimi, ayrı-ayrı hallarda deyil, geniş miqyasda kimyəvi silah tətbiq etmişlər. Bu səbəbdən də çox insanlar həlak olmuşdur. Əldə edilmiş nəticələrdə göstərilmişdir ki, bombalar ucu yiv kimi iti olan dəmirlərlə doldurulmuşdur. Onlardan biri insan bədəninə batdığı halda bir neçə saatdan sonra həyatını itirir. Müəyyən edilmişdir ki, ermənilər kimyəvi silahın ən azı bir neçə növünü işətmişlər. Partlayışlardan sonra damcılar yaranır, qaz buludu meydana gəlir, yaxud toz tökülür. Onların tərkibində insan həyatı üçün xüsusən təhlükəli olan iprit, fosgen, difosgen maddələri aşkar edilmişdir. Yeri gəlmişkən, iprit Vyetnam müharibəsi zamanı ağaclarda yarpaqların qalmaması məqsədilə işlədilmişdir.
O dövrdə Azərbaycanın laboratoriyalarında yüksək ixtisaslı rus mütəxəssisləri işləyirdilər. Onlar xüsusi niyyəti olan adamlar deyildi, çünki silahların Rusiyaya aid olması şübhələri var idi. Odur ki, araşdırmalar obyektiv, kənardan təzyiq olmadan aparılırdı.
Tərkibində kimyəvi zəhərlər olan güllələr də araşdırılırdı
14 may 1992-ci ild’ tibb xidməti polkovniki A.Məmmədov tərkibində ağ toz olan güllələr təqdim edib. Laboratoriyada müəyyən edilib ki, bu, sianiddir. Bu cür güllədən yara almış insan gözlərində güclü yanğı hiss edir və hətta kor ola bilər. Tənəffüs yollarında da yanğı yaranır. Dəridə səpmə və suluqlar əmələ gəlir.
Belə maddənin cəmi bir neçə qramı hərbçini sıradan çıxarır. Azərbaycan həkimləri çətin vəzifə ilə üz-üzə qaldılar – kimyəv hücuma məruz qalmış xəstələri necə müalicə etməli? Çox nadir tibb işçiləri bu sahədə təcrübəyə malik idilər…” Bundan sonra R.Lapaytis ermənilərin Azərbaycana qarşı kimyəvi silah tətbiq etməsi barədəki faktları öz vətəninə -Litvaya çatdırmasından bəhs edir:”
“Gizli sənədlər Litvaya gedib çıxdı”
Hərbi cinayətləri araşdırarkən mən Azərbaycan Səhiyyə Nazirliyinin yüksək çinli vəzifəli şəxsi ilə görüşdüm. O, mənə laboratoriya tədqiqatlarının nəticələrini, həlak olan və yaralananların ad-soyadlarını, ölüm haqqında şəhadətnamələri, kimyəvi hücumların tətbiq edildiyi yerlərin adlarını verdi. Müharibə zonasından qayıtdıqdan sonra mən Litvanın Səhiyyə Nazirliyində də oldum. Topladığım faktları təqdim etdim. Fəlakətlər üzrə tibbi məsləhətçi Y.Ceveçka Məni narahat edən suallara cavab verməyə razılaşdı. Öyrəndim ki, bunlar çox təhükəli və qadağan edilmiş maddələrdir. Onların təsir dairəsinə düşən insanlar boğulmağa başlayır. Orqanizmə düşən damcılar daxili oraqanları yandırır. İprit və fosgen xüsusilə təhlükəlidir. Onların təsir dairəsinə düşən sakinlərin 50 faizi həlak olur. Qalanların bədəni isə həmin zəhərlərin ölümcül dozanı 30-50 dəfə ötən miqdarını qəbul edir. Böyük bombanın partlayışından sonra yaranan zəhərli bulud 20-30 km-dək yayıla bilər. Kiçik partlayışların təsiri isə 200-300 kv.m-lik əraziyə yayılır. Zəhərli maddələr çökəkliklərdə toplanır, torpağı və suyu zəhərləyə bilir. Y.Ceveçka belə güclü silahın vuruşan tərəflərdən birinin əlinə keçməsindən təəccübləndi. O danışdı ki, bu kimyəvi silahlar bakteroloji və atom silahları kimi ciddi şəraitlərdə saxlanır. Onu yalnız rəsmi hərbi strukturların, başqa cür desək, ölkənin ali rəhbərinin icazəsi ilə götürmək olar. Onu oğurlamaq, yaxud başqa hansısa yolla əldə etmək mümkün deyil.
Ermənistana ciddi sanksiyalar tətbiq edilməliydi
Dünyada kimyəvi silahları qadağan edən beynəlxalq konvensiyalar qəbul olunmuşdur. Belə səndlərdən birincisi hələ 1926-cı ildə imzalanıb. Əgər BMT Ermənistanın kimyəvi silah tətbiq etməsini təsdiqləsəydi, bu ölkə beynəlxalq sanksiyalar təhlükəsi qarşısında qalırdı. Bu günədək heç kəs erməni hərbi qruplaşmalarının qadağan olunmuş silahı haradan əldə etmələri və onun Dağlıq Qarabağda hələ nə qədər ehtiyatının saxlanılması haqda suala cavab verməmişdir. Axı uca dağlarda hər şeyi gizlətmək və lazım gəldiyində onu işlətmək mümkündür. Bundan əlavə, heç kəs zəmanət vermir ki, həmin kimyəvi silahlar Cənubi Qafqazdan kənara çıxarıla bilməz. Heş kəs hazırda Dağlıq Qarabağda yaşayan sadə erməniləri də xəbərdar eməyib.
Hərbi strateqlər hesab edirlər ki, bu regionda kimyəvi silah yalnız Rusiyanın əlində ola bilər. Ancaq bu ölkə heç zaman həmin silahı Ermənistana verməsi və ya satmasını eturaf etmir. Axı Dağlıq Qarabağda iki xalq arasında düşmənçiliyi terror əməlləri ilə tanınan “ASALA”, Daşnaksütyun partiyası və “Krunk” kimi təhlükəli təşkilatlar qızışdırır. Məhz onlara tərəflərin qarşıdurması sərf edir. Müharibə çoxlarına itki və ölüm, bəzilərinə isə pul və zəngin həyat gətirir…
Xariciləri daha çox Azərbaycanın nefti maraqlandırır…
Xatırladım ki, Aşağı Qarabağdan Bakıya 200 km-dək məsafə var. Kimyəvi hücuma məruz qalmış insanların yalnız bir hissəsi vertolyotlarla xüsusi laboratoriyalara çatdırılırdı. Yalnız ümid etmək olar ki, Qarabağda silahlı münaqişənin bərpa olunacağı təqdirdə 1992-1993-cü illərin kimyəvi fəlakəti təkrar edilməyəcək və beynəlxalq müşahidəçilər hərbi zonaya vaxtında gələcəklər. Təəəsüfləndirici haldır ki, iki xalqın taleyi böyük siyasətçilərin əlindədir. Belə təəssürat yaranır ki, xarici dövlətləri Azərbaycan insanının taleyindən çox onun nefti maraqlandırır.
Aparıcı dövlətlər Ermənistanın sanksiyalara məruz qalmasını istəmir…
…1990-cı illərin əvvəlində mən 6 dəfə Qarabağ cəbhəsində oldum. Və ermənilər Sədərəyi(Naxçıvan) ələ keçirmək istəyərkən oraya da getdim. O zaman erməni hərbçiləri dinc Azərbaycan əhalisinıə qarşı kimyəvi siah işlətmişdi. 1993-cü ildə mən ermənilərin Azərbaycana qarşı beynəlxalq konvensiyalarla qadağan edilmiş kimyəvi silah işlətməsini təsdiqləyən fakt və sənədləri Ltvaya gətirdim. Litvanın Səhiyyə Nazirliyində gətirdiyim sənədlərin və kimyəvi hücumdam zərər çəkmişlərin müayinəsinin nəticələrinin etibarlılığını təsdiqlədilər. Ancaq mənə başa saldılar ki, heç kəs bu faktı beynəlxalq arenada qaldırmağa cəsarət etməz. Çünki bu böyük beynəlxalq qalmaqal və Ermənistana qarşı sərt sanksiyalarla nəticələnə bilər. Bunu isə böyük dövlətlər istəmirlər.Onu da başa saldılar ki, belə kimyəvi silah dünyada yalnız bir neçə ölkənin əlində ola bilər. Ermənilərin işlətdyi silah isə onların əlinə dağılmış SSRİ-dən keçmişdir. Amma o vaxtkı Kreml rəhbərliyinin icazəsi olmadan bunu heç kəs verə və işlədə bilməzdi. Kimyəvi silahın Sədərəkdə işlənməsi faktının ermənilərin Avropa və dünya qurumlarındakı fəlaiyyətinə böyük əngəl yaradacaını bilə-bilə mən bu barədə informasiyanın Avropa və Litva qəzetlərində nəşrinə şalışırdım. Ancaq Litvanın “Dzuku Jines” qəzetindən savayı bu məqaləmi heç kəs dərc etmədi. Həmin materialın nəşrindən sonra ermənilər bu qəzetin baş redaktorunu dəfələrlə hədələdilər və mənə qarşı KİV-də təqib kampaniyalarına başladılar. Bununla belə, yenə də bu məsələnin beynəlxalq ictimaiyyət və siyasətçilər səviyyəsində qaldırılmasına çalışıram. Çünki dinc əhaliy qarşı kimyəvi silahın tətbiqində görə sərt cəzalar verilir…”
Litvalı jurnalistin ümidləri doğrulmadı. Təəssüf ki, Qarabağda ağır artilleriyanın iştirakıyla silahlı əməliyyatların bərpa olunduğu son aylarda da bütün dünya ermənilərin yenidən Azərbyacanın dinc sakinlərinə qarşı kimyəvi sliah işlətməsinin şahidi oldu. Ancaq öncə xatırlatdığımız kimi, bu dəfəki beynəlxalq reaksiyalar da 1990-cı illərdəkindən o qədər fərqlənmədi. Və təcavüzkar ölkə yenə də cəzasız qaldı…
Moderator.az