“Əli Kərimli yenidən şantaja əl atıb…”

0
4

R.Tağıyev:”Normal insan yüzlərlə saxta profil açıb, gah qadın, gah da kişi adıyla başqalarını şantaj etməz”

Tanınmış jurnalist, “p.s NOTA” qəzetinin baş redaktoru Sərdar Əlibəyli AXCP sədri Əli Kərimli tərəfdarlarının şantajına məruz qalıb. Beləki, Namiq Salahov adlı AXCP üzvü Facebook sosial şəbəkəsində jurnalisti təhqir edən statusa imza atıb. Bu status S.Əlibəyli və dostları tərəfindən ciddi etirazla qarşılanıb.

1

Məsələyə münasibət bildirən CANP sədri Ramiz Tağıyev Əli Kərimli tərəfdarlarının sosial şəbəkələrdə şantajdan, qeyri etik ifadələrdən istifadə etmələrindən təəssüfləndiyini dedi: “Özünə hörmət bəsləyən siyasətçi ətrafına qaraguruh toplamaz. Təəssüf ki,Əli elələrindən öz çirkin məqsədləri üçün istifadə edir. Şantaj AXCP sədrinin ən çox istifadə etdiyi metoddur. O,zaman-zaman rəqiblərini şantaj etməyə girişir. Əlbəttə, onun belə şakərindən siyasi camiədə hər kəsin xəbəri var. Məhz həmin səbəbdən də Əli tez-tez adekvat cavab alır. Onu da nəzərə almaq lazımdır ki, Əlinin psixoloji durumu yerində deyil. Normal insan yüzlərlə saxta profil açıb, gah qadın, gah da kişi adıyla başqalarını şantaj etməz. Diqqət yetirin, bu adam cəmiyyətdən qaçıb, virtual aləmdə fəaliyyət göstərməyə üstünlük verir. “Layk”xəstəliyinə tutulub, gərək hər cəbhəçi ona gündə 3-5 layk təşkil etsin. Bilirsiniz, bu nəyə hesablanıb? Ancaq xaricilərə və ölkə içində onu maliyyələşdirən bir qrup məmura nümayiş etdirir ki, baxın, mənim on minlərlə tərəfdarım var. Əli o qədər xəstələnib ki, hamıdan-hətta ən yaxın çevrəsində olanlardan belə xoflanır…

2

R.Tağıyev Əli Kərimlini  ölkə müxalifətinin birliyinə imkan verməməkdə, pozuculuqda günahlandırdı:”Kim bilmir ki, uğur qazanmaq üçün ölkə müxalifətinin birliyi lazımdır. Təbii ki, Ə.Kərimli də bilir. Ancaq bunu bilə-bilə pozuculuq-birliyə imkan verməyən fəaliyyətini davam etdirməkdədir. Təəssüf ki, onun özünüreklamına inanıb, Əlini az qala ölkə demokratiyasının “atası” adlandıranlar da var. Bu adamı tanıdığım qədərindən xəyanətdən savayı heç nəyə yaramayıb. Elçıbəyin şəkilini başının üstünə vurub, hər gün onun ruhuna da xəyanət edir. Diqqət yetirin; Əbülfəz bəy təhqir olunur, nə Əli, nədəki ətrafı səslərini çıxarmır. İndi, baxın və görün, Əlini bir az tənqid edirik, görün nələr baş verəcək. Sözsüz ki, qarşılarında gözümüz kölqəli deyil, nə iqtidara xidmət etmişik, nədə ki, iqtidarla danışığa gedib, iki çagırış deputat mandatı qazanmışıq. Əli mandat alveri edəndə, mən həbsxanaları, cəzaçəkmə müəssisələrini sıralayırdım. Ətrafı onu nə üçün bu qədər böyütmək istəyir, onun nəyinə inanır? Hələ Müsavat boyda təşkilatın bunun ayağına düşüb, “gəl, bir olaq” deməyini heç anlamaq olmur? Axı, Sərdar Əlibəyliyə hücum etmək komandası məhz Müsavatın sabiq başqanı İsa Qəmbərdən müsahibə götürməsindən sonra verilib… Mən ,Əliyə baş qoşmamağı qərarlaşdırmışdım. Ancaq bu mümkün olmur. Adam dinc oturmur “bir budaqda oturub, min budaq silkələyir”. Bir məqama sevinirəm ki, bir çox dəyərli ziyalımız Sərdar Əlibəylinin müdafiəsinə qalxdı. Əli özü və ətrafı bilməlidir ki, sosial şəbəkə insanların ünsiyyət qurması, məsləhətləşmələri, dərdləşmələri üçün gözəl məkandı, tərbiyəsizlik etmək üçün deyil.”

Nicat Sadiq