“İqbalın yolu açılır?!

0
4

Milli Məclisin bir addımlığında

Milli Məclisdən kənar düşmüş İqbal Ağazadənin ayrılıq xiffəti çox çəkməyəcək deyəsən. Keçmiş MTN-nin qürubundan sonra üzü gülməyən sabiq deputat son günlər optimist əhval-ruhiyyədədir. 90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə keçiriləcək təkrar seçkilərdə namizədliyini irəli sürmüş Ümid sədri İqbal Ağazadənin yenidən ümidlənməyi ətrafındakıların diqqətini çəkib.

Əslində, sabiq deputat yuxarıların razılığını almadan təkrar seçkiyə qatılacaq qədər sadəlövh deyil. Nəzərə alınsa ki, Ümid sədri xərclədiyi hər qəpiyin hesabını güdəndir, onda İ.Ağazadənin Ağdaşda pulu sağa-sola sərf etməsini səbəbsiz hesab etmək düzgün olmazdı.

Aldığımız məlumata görə, Ümid sədrinin yuxarılarla pozulmuş münasibətinin bərpasında ona yardım əlini uzadan, dostu- “Yeni Müsavat”ın baş yazarı Rauf Arifoğlu olub. Məlumatda o da vurğulanıb ki, təkrar seçkinin favoriti sayılan Ağdaş rayon YAP təşkilatının sədri, həmin rayon İcra Hakimiyyəti başçısının müavini Cavid Osmanovun seçki marafonunu yarımçıq tərk etməsi İqbalın qələbəsinə şansını artıracaq. İqtidar bununla parlamentdəki müxalifətçilərin sayını artırmağa çalışır. İ.Ağazadənin isə müxalifətçilik missiyasının 2003-cü il Oktyabr hadisələrindən sonra “bandotdel”də bitdiyi ölkə ictimaiyyətinə məlumdur.

İndi,çoxlarını bir sual düşündürür; İqbal Milli Məclisə müxalifətçi imici ilə qaytarılmaqla, 2003-cü ildə itirilmiş real müxalifətçi adını bərpa edə biləcəkmi?

Turan Türk