Beyləqan məktəblərində manyak peyda olub.
Belə bir iddia ilə azerinews.tv saytının elektron ünvanına müraciət edilib. Adının çəkilməyini istəməyən kənd müəllimlərdən birini dediyinə görə, Beylaqan rayonunun Yuxarı Çəmənli kəndində 9 illik məktəbin müəllimi Əliyev Şakir bir neçə il bundan əvvəl dərs dediyi şagirdi zorlayıb. Qurbanlarını özü seçən müəllim belə bir xəstəliyə tutulmasına baxmayaraq hələ də dərs deyir. Məlumata görə, o, vaxtilə həmin zorlama işinə görə cinayət məsuliyyətinə cəlb olunub, həbs edilən müəllim çox keçmir ki, azadlığa çıxaraq yenidən Tofiq Sadıqova (Beyləqan rayon təhsil şöbəsinin müdiri) külli-miqdarda rüşvət verərək işlə təmin edilir…
Mənbə daha sonra qeyd edir; cinayət məcəlləsinin 152-ci maddəsiylə 16 yaşına çatmamış, məktəbli qız uşağı ilə zorla cinsi əlaqədə olan başıpozuq bir xəstə müəllim, neçə ola bilər ki, hal hazırda məkdəbdə dərs desin. Məlum cinayətdən həbs olunan bir şəxsə kim zamin dura bilər, həmin hallara o birdə yol verməyəcək… Elə sayta müraciət edən ziyalıda belə hadisənin ola biləcəyindən narahat olduğunu öz məktubunda bildirib. O qeyd edib ki, analoji hal Beyləqan məktəblərinin bir neçəsində də baş verib. Amma, Tofiq Sadıqov pul gücünə hadisəni ört-basdır etməyi bacarıb.