Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyininfəaliyyəti, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verərək bildirib ki qonşu və dost ölkə İranla çoxşaxəli əməkdaşlıq bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də uğurla inkişaf edir.
Səmimi görüşə görə təşəkkürünü bildirən İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərinin əhəmiyyətindən danışmış, uyğun sahələr üzrə əməkdaşlığın daha da dərinləşməsi üçün geniş potensialın olduğunuvurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.