2016-cı il son 136 ilin ən isti ili olacaq.
Bu barədə “Amerika Milli Kosmik Agentliyi”nin (NASA) Kosmos Tədqiqatları İnstitutunun direktoru Qavin Şmidt məlumat verib. O bildirib ki, aprel ayına olan quru və dəniz istiliyi 1951-1980-ci illərin orta statistikasında 1,1 dərəcə selsi yüksək olub.
2015-ci ilin oktyabrından etibarən kürəsəl istiliyin hər ay artdığını qeyd edən Qavin 2016-cı ilin 1880-ci ildən bu yana ən isti il olacağını vurğulayıb.