28 May ərəfəsində əfv fərmanı gözlənilir

0
4

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva 28 May – Respublika Günündə yeni amnistiya aktının qəbul olunması ilə bağlı MM-ə müraciət edib.

Bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.

Bu, M.Əliyevanın amnistiya aktı ilə bağlı MM-ə dördüncü müraciətidir.

10 min nəfəri əhatə edəcək amnistiya aktı qəbul olunacağı təqdirdə 3500 nəfər məhkum azadlığa çıxacaq.

M.Əliyevanın müraciətinə MM-in mayın 20-də keçiriləcək növbəti plenar iclasında baxılacaq.