Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 1742 avtomobil gətirilib. Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 dəfə azdır.
Son 1 ildə sürücü daxil olmaqla azı 10 nəfərlik nəqliyyat vasitələrinin idxalı 16,4 dəfə azalaraq 24-ə, minik maşınlarının idxalı 7,8 dəfə azalaraq 1509-a, yük maşınlarının idxalı 4,2 dəfə azalaraq 152-yə, xüsusi təyinatlı avtomobillərin idxalı isə 2 dəfə azalaraq 57-yə düşüb.
Qeyd edək ki, son məlumatlara görə, Azərbaycana avtomobil idxalının azalması ölkənin avtomobil bazarında avtomobil qıtlığının yaranmasına və qiymətlərin artmasına səbəb olub.