MBNP “exchange”lərin fəaliyyəti ilə bağlı açıqlama verib

0
4

Azərbaycanda valyuta mübadilə məntəqə və ya şöbələrinin yenidən fəaliyyətinə icazənin verilməsi barədə yayılan xəbərlər əsassızdır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası ilə bağlı yayılan xəbərələrə münasibət bildirərkən qeyd edilib.
“Banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilir. Maliyyə Bazarlarına Nəzarət Palatası bu qərara heç bir dəyişiklik etməyib və valyuta mübadilə məntəqə və ya şöbələrinin yenidən fəaliyyətlərinə icazənin verilməsi barədə xəbərlər əsassızdır”, – deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, bəzi KİV-də bir neçə valyutadəyişmə məntəqəsinin – 28 May küçəsində bir neçə məntəqə, “Neftçilər” və “Qara Qarayev” metro stansiyalarının çıxışında, 8-ci kilometr bazarında, Bakıxanov qəsəbəsində, “Sədərək” və “Binə” ticarət mərkəzlərində bağlanan “exchange”lərin yenidən fəaliyyətə başladığı barədə xəbərlər yayılıb.