Nurçuluq təriqət deyil, sektadır-II yazı

0
8

İbrahim Sel

Nurçuluq təriqət deyil, sektadır

II yazı: Gülən, Zbiqniev Bjezinskinin “Sözəbaxan islam” modelinin əsas fiqurudur

Bölgədəki neft və qaz yataqlarının nəzarətini ABŞ-a vermək Gülən məktəbləri ölkələrə sızdırılmışdır

Fətullah Gülənin islamı qəbul etmiş yəhudi olduğunu çoxları bilmir. Türkiyədə onlara dönmə deyilir. Bu adam, əsasən iudeylərin yaşadığı İzmir şəhərində anadan olmuşdur. Rusiya Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Rais Süleymanov göstərir ki, məhz Fətullah Gülənin ABŞ kəşfiyyatı ilə əlaqələri təşkilatın bu cür qol-qanad atıb şaxələnməsinə səbəb olmuşdur. Mərkəzi Kəşfiyyat İdarəsində Güləni kurasiya edənlər isə vaxtilə Kabuldakı rezidensiyaya rəhbərlik olmuş Qrem Fuller və idarənin “Rend korporeyşn” kimi analitik mərkəzlərlə əlaqəsinə cavabdeh Corc Fidas idi.
Türkiyə kəşfiyyatının keçmiş əməkdaşı Osman Nuru Gündəş də “Anarxiya və inqilabın şahidləri” kitabında Gülənin ABŞ kəşfiyyatı ilə sıx əlaqələrindən geniş bəhs edir. O cümlədən, Gülənin baş məsləhətçisi olmuş, sonralar sektadan ayrılmış Nurəddin Veren təşkilatın ABŞ kəşfiyyatı ilə ilgili cinayətkar əməlləri haqda kitab yazmışdır. Kitabda göstərilir ki, Gülən öz fəaliyyəti üçün pulları ABŞ-dan alır. Alman türkoloqu Maksimilian Popp nurçuluğu Saentologiya kilsəsinin gizli sektası adlandırır.
Antiqlobalist liniyaya aid olan bir çox mütəfəkkirlərin yekdil fikri belədir ki, nurçular- islamın masonlarıdır. Maksimilian Popp göstərir ki, nurçuluq sektasının daxili nizamnaməsinə eynən İeqova şahidləri sektasına xas xüsusiyyətlər səciyyəvidir. Holand islamşünası, Amsterdam Sosial Tarix İnstitutunun direktoru Erix-Yan Çürxer qeyd edir ki, Gülən hərəkatı üçün “təkiyə”- gizlilik konsepsiyası xarakterikdir. Bu konsepsiyaya əsasən sekta üzvləri öz həqiqi baxışlarını və əqidələrini cəmiyyətdən gizlətməlidirlər. Alim göstərir ki, həmin konsepsiya sektanın cəmiyyət tərəfindən müəyyən edilməməsi və onun Qərb aləmi ilə düzgün əlaqələr qurması üçün vacibdir.
1999-cu ildə Fətullah Gülənin Türkiyənin ATV kanalında nümayiş olunan videosu böyük hay-küyə səbəb oldu. Öz tərəfdarları qarşısında çıxışın kadrlarında Gülən bildirirdi ki, onun tərəfdarları hökmən dövlət orqanlarının içinə girməli, müxtəlif vəzifələr tutaraq ölkələrdə hakimiyyəti ələ keçirməyə hazırlaşmalıdırlar. O camaat qarşısındakı bu çıxışında nurçuluğun son məqsədinin ölkədə şəriət üsul-idarəsi yaratmaq olduğunu vurğulayırdı.
Alman şərqşünası, Marburq Universitetinin əməkdaşı Ursula Şpuler-Şteqeman nurçuluğun öz ölkəsində güclənməsindən həyəcan təbili çalmışdır. O bildirmişdir ki, gülənçilik- Almaniyada ən aparıcı və təhlükəli islam cərəyanıdır. Azərbaycandakı son hadisələr də göstərdi ki, nurçuluq ABŞ-ın formalaşdıraraq ortaya atdığı “sözəbaxan islam”ın bir növüdür, tolerant-demokratik pərdəyə bürünmüş yırtıcı siyasi islamdır.

İstədikləri ölkələrin təbii sərvətlərini yəhudi oliqarxlarının əlinə verib, türkcə bir-iki “azad-vicdanlı-qərəzsiz” qəzet, bir-iki altıvolt məktəb açaraq böyük bir qövmü nəzarət altında saxlamaq. Son məqsəd budur. Nəcməddin Ərbakan əbəs yerə demirdi ki: “Irkçı emperyalist odaklar diyor ki, Müslüman aleminde bütün gücümüzle ılımlıları çoğaltmamız lazımdır. “Ilımlı İslam” ile ne anlatılmaya çalışılır? Dünyadaki ve ülkedeki düzeni Siyonist Merkezler tanzim edecek. Sen sadece yahudiye vergi ve faiz ödeyeceksin, aldığın her malın fiyatının yarısını sömürü sermayesine haraç olarak vereceksin; bir nevi küresel sisteme demokrat kölelik edeceksin, ama izin verilen ibadetleri de yerine getireceksin. İşte Ilımlı İslam dedikleri bu!”
Fətullah Gülənə Türkiyədən dövlət çevrilişi ittihamı ilə cinayət işi açıldı, həbs olunmaq təhlükəsi ilə üz-üzə qaldı. Qaçarkən ona ABŞ-da sığınacaq tapması üçün Mərkəzi Kəşfiyyat İdarəsinin işçisi Qrem Fuller kömək etdi. Qrem “Siyasi islamın gələcəyi” adlı kitab yazmışdır. O, həm də islam ölkələri ərazisində törədilmiş bir çox terror aktlarının da müəllifidir. Vaxtilə Federal Təhqiqatlar Bürosunun əməkdaşı olmuş, qurumda tərcüməçi kimi fəaliyyət göstərmiş Sibel Edvards da Fətullah Gülənin məhkəməsində Mərkəzi Asiya və keçmiş SSRİ məkanında terror əməliyyatların hazırlanması ilə bağlı maraqlı ifadələr vermişdir. Edvards həmin ifadələrdə Gülənin qeyd etdiyimiz dairələrlə bağlılığını təsdiq edib. Almaniyalı analitik Uilyam Enqdal Gülən camaatının Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistanda açdığı məktəblər və ibadət yerlərindən danışaraq bir sıra şok doğuran detallara toxunub. Qeyd edək ki, U.Enqdal “Miflər, yalan və neft müharibələri” kimi bir neçə məşhur kitabların müəllifidir.
Vaxtilə Türkiyənin Hanefi Avcı, İlhan Cihaner, Necip Hablemitoğlu kimi dövlət və mədəniyyət xadimləri müsahibə verərək, ya kitab yazaraq Gülən sektasının qara əməllərini açmışlar. Lakin onların bir çoxu ya güllələnmiş, ya həbsə atılmışdır. Bir vaxtlar ABŞ FTB-sinin müşaviri işləmiş, büronun radikal islam və terror üzrə mütəxəssisi Pol L.Vilyams 1999-cu ildən indiyə kimi ABŞ-da yaşan Fətullah Gülənin Mərkəzi Kəşfiyyat İdarəsinə xidmət etdiyini və hərəkatının 50 milyard dollar sərvəti olduğunu, həmçinin Gülənin fermasında atıcılıq təlimləri keçirildiyini bildirib. Gülən haqqında kitab yazan Vilyams göstərir ki, Amerika Milli Təhlükəsizlik İdarəsinin Baş katibi Zbiqniev Bjezinski Yaxın Şərqdəki türk dövlətləri üçün yeni sözəbaxan islam modeli hazırlayırdı və bu nizamın gəlişməsi üçün vacib fiqur Gülən oldu. Beləliklə, bölgədəki təbii qaz və neft yataqlarının nəzarətini ABŞ-a vermək üçün Fətullah Gülən məktəbləri ölkələrə sızdırılmağa başladı. Gülənin Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstandakı məktəbləri MKİ kadrları ilə dolduruldu. İndi məktəblərdə aparıcı vəzifələrdə 130 MKİ agenti işləyir. Ancaq Pensilvaniyalı imamın təəssüfünə rəğmən, Rusiya və Ukraynadan Gülənçilər qovuldu, nurçu məktəbləri bağlandı.
Nurçuların Rusiya Federasiyasındakı fəaliyyətinə 2008-ci ildə rəsmən qadağa qoyulub, onların bu ölkədə təhsil ocaqları yaratmasına imkan verilməyib. Bu barədə qərar Rusiya Baş Prokurorluğunun müraciəti əsasında Ali Məhkəmə tərəfindən çıxarılıb. Gülən sektasının istantaq araşdırmalarının nəticəsi olaraq 2002-2007-ci illərdə Rusiyadan bir neçə yüz Türkiyə vətəndaşı deportasiya olundu. Tatarıstan prokurorluğunun təqdimatı ilə türk litseylərinin 44 müəllimi agentura-sabotaj əməllərinə görə Rusiyadan qovuldu. Hal-hazırda Tatarıstanda bir dənə də olsun türk müəllimi yoxdur. Rusiya Fedaral Təhülkəsizlik Xidməti ölkə ərazisində tez-tez bu təhlükəli sektaya qarşı əməliyyatlar keçirir. Bu əməliyyətlar zamanı sekta üzvləri həbs olunur, tapılan ədəbiyyatlar isə müsadirə edilir. Qeyd edək ki, Rusiyada 2008-ci ildə verilən qərarla nurçulara aid bütün dini ədəbiyyatlar qadağan olunub.
Buna baxmayaraq Gülən tərəfdarları Rusiyanın xüsusən tatarlar məskunlaşdığı ərazilərində gizli təbliğat işləri aparmaqla məşğuldurlar. “Dialoq Avrasiya” Platforması Tatarıstanda millətçiliyin qızışdırılıması üçün geniş iş aparır. Rais Süleymanov bir müddət əvvəl verdiyi müsahibəsində, “Dialoq Avrasiya” Platformasının Rusiya və MDB ölkələrindəki fəaliyyətindən də danışaraq, həmin layihənin ABŞ kəşfiyyatı ilə əlaqədər olmasından söz açır.
Rusiya Strateji Araşdırmalar İnstitutunun araşdırmalarında göstərilir ki, nurçular postsovet məkanına girən kimi perspektivli gənclər arasında təbliğat işi aparmış, bu sahəyə investisiya qoyaraq gələcək qazanclarını planlamış, gələcək elitanın özlərinə sərfəli həyata baxışlarını formalaşdırmağa çalışmışlar. Rusiya, onun milli respublikalarında, keçmiş avtonomiyalarında nurçular Türkiyənin mənafelərinə uyğun gənclik yetişdirməklə məşğul olmuşlar. Bədnam türk litseyləri nəinki Tatarıstanda, o cümlədən Başqırdıstanda, Xakasiyada, Karaçay-Çerkesdə açılmışdı.Bu adamlar hətta çukçaların içində öz kadrolarını yetişdirmək istəyirdilər. Gülənçilər uzaqvuran planlar qurmuşdular; onlar keçmiş SSRİ ölkələrinə yağlı tikə, oradakı türk-müsəlman gəncliyinə isə potensial qurban kimi baxırdılar. Axı onların məktəblərini qurtaranlar, təlimlərini alanlar 10-15 ildən sonra vacib dövtət postları tutacaq, imkanlı iş adamları olacaq və ictimai fikri yönəldəcəklər. Təsadüfi deyil ki, türk litseylərinə ən yüksək bal toplayan, ən yüksək intellektual qabiliyyətli uşaqları götürürdülər. Türkiyənin özündə təhsil sistemi uzun illərin mason əsarəti boyunca tamamilə məhv edilmişdir.
Nurçu məktəbləri bu gün hətta Çinin Uyğur bölgəsində də açılıb. Məqsəd nədir? Gülənçilər bu gün orda MKİ tərəfindən müstəqil elan edilən Türküstanın da Çindən asılılığının itirilməsi üçün çalışılır. Araşdırsaz görərsiz ki, Uyğur türklərinin lideri də məhz Çikaqoda yaşayır. “Azad” Uyğurustanın yapılmış gələcək dövlət bayrağını da nədənsə altıguşəli sion ulduzu bəzəyir…
Pol L.Vilyams göstərir ki, Pensilvaniyada Gülən müəllimin malikanəsini 100-ə yaxın əli silahlı adam qoruyur. Pis deyil. Müəllif göstərir ki: “Gülənin malikanəsində tələbə yataqxanaları, istirahət otaqları, xaricilər üçün mehmanxanalar, helikopter üçün eniş zolağı və atıcılıq təlimi üçün sahələr var. Ətrafını 100 müfafizəçinin qoruduğu bu qaladan gələn silah səsindən tez-tez qonşular narahat olur”.
Pol L.Vilyams göstərir ki, Gülən məktəbləri həm də narkotik və silah qaçaqmalçılığı ilə maliyyələşdirilir. Gülən örgütü banklara və biznes dünyasına hökm edir. 2012-ci ildə Harvard Universitetinin professoru Deni Rodrik Gülən camaatını cinayətkar maxinasiyalarda ittiham edərək, onlara məxsus olan “Zaman” qəzetini gizli mafiyanın qəzeti adlandırdı. Həmin mafiya əsasən Sovet ərazisində şaxələşdi, sərhədlər dağılandan sonra Sovet pulları hesabına çiçəkləndi.

(Ardı var)

LEAVE A REPLY