Müdafiə nazirimiz Naxçıvan istiqamətindəki vəziyyətdən danışdı:”Cavabları verilir və veriləcək!” – VİDEO

0
5

Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri atəş açırlar və təbii ki, cavabları verilir.

Bu barədə Azərbaycan müdafiə naziri Zakir Həsənov ANS TV-nin xüsusi müxbiri Mir Şahinə müsahibəsində bildirib.

Nazir indiyə kimi Naxçıvan istiqamətində problemlər yaşanmadığını bildirib: “Nadir hallarda problemlər olurdu, hər tərəfdə atəşkəsə riayət edilirdi. Çünki dövlət sərhədidir. Orada heç kimin heç kimə torpaq iddiası ola bilməz”.

Zakir Həsənov Ermənistan müdafiə nazirinin Naxçıvanla sərhəddə baş verənlərdən xəbəri olmamasını deməsinə də münasibət bildirib: “Əgər xəbərləri yoxdursa, deməli, orada intizamsız hərbi qulluqçular atəş açırlar. Belə çıxır ki, ora idarə olunmur” .

“Onlar atəş açırlar və təbii ki, cavabları verilir. Bundan sonra da veriləcək”,- deyə Azərbaycan müdafiə naziri vurğulayıb.

Nazir xalqı əmin edib ki, cəbhədə üstünlük tamamilə Azərbaycanın tərəfindədir:“Azərbaycan xalqı narahat olmasın, Azərbaycan Silahlı Qüvvələri bütün əməliyyat şəraitinə nəzarət edir. Təşəbbüs bizdədir, artıq hamı bizim hərbi üstünlüyümüzü görür”.     

Zakir Həsənov iki il qabaq ANS-ə verdiyi müsahibəsini də xatırladıb: “Yadınızdadır? Mən sizə deyirdim ki, cənab prezident islahatlara başlayıb.  İndi sizan sualınıza cavab olaraq deyirəm ki, bunların hamısı o islahatların nəticəsidir. İslahatlar vaxtında və düzgün istiqamətlərdə həyata keçirilir”.