Səddam Hüseynə edam qərarı verən hakim əsir götürüldü!

0
6

Səddam Hüseynə edam qərarı verən hakim əsir götürüldü!

Səddam Hüseyin haqqında edam qərarı verən keçmiş hakim Rauf Abdel – Rəhman İŞİD qruplaşması tərəfindən yaxalanıb.
Məlumatı “İraq xəbər” saytı yayıb. Verilən məlumata görə, Rauf Abdel -Rəhman Mosulun İŞİD kontroluna keçməsindən sonra , şəhərdən qadın paltarıyla qaçarkən yaxalanıb.
Xəbəri İŞİD təmsilçiləri də sosial media üzərindən təsdiqləyiblər.
Rauf Abdel- Rəhman Səddam Hüseynə “Haləpcədə minlərcə kürdü öldürdü” ittihamıyla edam qərarı vermişdi. Rəhman İraqda Səddam rejimindən sonra, qurulan İraq Kürd yönətimində Ali Məhkəmənin sədri vəzifəsində çalışmışdı. Rəhman İŞİD tərəfindən çoxdan axtarılırdı.

LEAVE A REPLY