FHN, Təhsil nazirliyi və UNİCEF arasında Fəaliyyət Planı imzalanıb

0
7

FHN, Təhsil nazirliyi və UNİCEF arasında Fəaliyyət Planı imzalanıb

Bakıda Fövqəladə Hallar Nazirliyi (FHN), Təhsil nazirliyi, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə nümayəndəliyi və UNİCEF-in həyata keçirdiyi “Təhsil  sahəsində  tərəfdaşlar” adlı layihə çərçivəsində Fəaliyyət  Planı imzalanıb. FHN-nin saytınin verdiyi xəbərə görə, sənədi fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov və UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard imzalayıb.

Mərasimdə çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycanın UNİCEF ilə uğurlu əlaqələrindən danışaraq fövqəladə hallar zamanı bölgələrdə görülən işlərdən bəhs edib.

Nazir imzalanacaq sazişin bölgələrdə yüksək səmərəliliyə malik, uşaqların mənafeyini düşünən məktəb modellərinin hazırlanmasını özündə ehtiva etdiyini bildirib. Layihə təhsil sahəsində FHN, Təhsil Nazirliyi, UNİCEF-in Azərbaycan nümayəndəliyi və bp arasında əməkdaşlığa yeni təkan verməklə yanaşı, yerli əhalinin, xüsusən də məktəblilərin fövqəladə hallar və onlardan qorunma ilə bağlı daha dərin biliklərə nail olmasına şərait yaradacaq.

“Təhsil  sahəsində  tərəfdaşlar”  adlı  layihədə ölkədə yeni təhsil  modellərinin yaradılmasına yönəlmiş layihələrin hazırlanmasına və həyata  keçirilməsinə dəstək verilməsi nəzərdə tutulur.

Anlaşma memorandumu isə Azərbaycanın təhsil sisteminin ölkə üzrə təkmilləşdirilməsi üçün nümunəvi modellərin tətbiqini əhatə edir.

Üçillik layihə xüsusən bp-nin əməliyyatçısı olduğu BTC və CQBK boru  kəmərləri boyunca yerləşən Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Samux,  Goranboy Şəmkir  və Tovuz rayonlarında uşaqların təhsilə cəlb edilməsinə  yönəlmiş  yeni geniş əhatəli məktəb modellərinin yaradılmasını  nəzərdə tutur.

Layihənin  dörd  komponentdən  ibarət  olacağı  planlaşdırılır.

Buraya ailə  təhsil mərkəzləri, hər kəs  üçün bərabər təhsil  imkanı, təbii  fəlakətlərə hazırlıq, gigiyena  və  sanitariya komponentləri daxildir.

LEAVE A REPLY