Məlumata görə, son günlər ölkənin bir sıra marketlərində bəzi məhsulların satışı dayandırılıb.
Konkret olaraq xaricdən ölkəmizə gətirilmiş və böyük tələbat olan siqaret və spirtli içkilər qeybə çəkilib. Xüsusilə Rusiyadan ölkəmizə gətirilən “Marlbro”, “Parlament” siqaretlərini, eyni zamanda da bir sıra spirtli içkiləri gətirən firmalar dükanlara mal vermir.
Bundan əlavə daxili bazarda ən çox satılan siqaretlərdən olan “Viniston” “LD” kompakt siqaretləri də dükanlara verilmir.
Artıq bəzi sahibkarlar məsələdən narahat olaraq ölkədə növbəti devalvasiya yaşana biləcəyindən ehtiyyat etməyə başlayıblar. Qeyd edək ki, yaşanan son devalvasiyadan da əvvəl bir sıra məhsullar dükanlarda yoxa çıxmışdı. Moderator.az