Türk Silahlı Qüvvələrindən ard-arda ağır zərbələr yeyən PKK xüsusilə böyük şəhərdə böyük səs gətirən terror hadisələri törətməyi qərara alıb.
PKK rəhbərliyi may ayının 3-dən 8-nə qədər keçirdikləri toplantıda müzakirələr nəticəsində bu qərara gəliblər.
May ayının gəlməsi ilə ağır qış şərtlərinin sona çatdığını və Qəndil dağından Türkiyəyə daha rahat PKK-çı göndərmə imkanının artdığını düşünən təşkilat liderləri terror hücumlarını əsasən şəhər və metropollarda həyata keçirməyi planlaşdırırlar.