Səmra Rəhimli “Eurovision-2016”da 4-cü nömrə altında çıxış edəcək

0
8

Azərbaycanın “Eurovision-2016” mahnı müsabiqəsində təmsilçisi Səmra Rəhimli bu axşam səhnəyə dördüncü nömrə altında çıxacaq.

Səmra Rəhimli “Miracle” mahnısını təqdim edəcək. Səhnə tərtibatının müəllifi Royn Söderluntdur. O, “Eurovision-2009” yarışmasında da Azərbaycan təmsilçisinin ifa etdiyi mahnının səhnə tərtibatınI hazırlayıb. Səmra Rəhimlinin ifası 4 bek vokalçı rəqqasın çıxışı ilə müşayiət olunacaq. Builki səhnə tərtibatı “Alisa möcüzələr ölkəsində” süjeti üzərində qurulub. Təmsilçimizə yardımçı olan arxadakı ifaçılar Cesika Marberqen, Vera Prada “Eurovision-2011” yarışmasında Eldar Qasımov və Nigar Camalla eyni səhnəni bölüşüblər.

Səmra Rəhimlinin təqdim edəcəyi mahnıda sevgi münasibətində baş verən dəyişiklik səhnə performansında təcəssüm olunur. Musiqinin sözləri nağıla xatırlatsa da, sonda dramatik ayrılıq müşahidə olunur(azərtac).