Azərbaycan yeni hərbi təyyarələr alır

0
8

Azərbaycan 10 yeni hərbi təyyarə alacaq.

“İnterfaks” agentliyi xəbər verir ki, hərbi təyyarələr Ukrayna istehsalıdır.

Ukrayna dövlət müəssisəsi “Antonov” Azərbaycana “An-178” tipli on yeni nəqliyyat təyyarəsi satmağı planlaşdırır. Azərbaycanla yanaşı hərbi nəqliyyat təyyarələrindən ikisi Çinə satılacaq.

Nəqliyyat təyyarələrinin Azərbaycana çatdırılma müddəti və müqavilənin detalları hələ açıqlanmayıb.

Qeyd edək ki, “An-178” təyyarəsi “Antonov” An-158 hərbi hava gəmisinin əsasında yığılır. Yükgötürmə qabiliyyəti 18 ton olan təyyarənin qiyməti 40-70 milyon dollar arasındadır.