Kəmaləddin Heydərovla bağlı YAP-a maraqlı təklif…
Millət vəkili Etibar Hüseynov fövləqadə hallar nazir, bəstəkar Kəmaləddin Heydərovun «Xalq Heydər deyir» mahnısı ilə bağlı maraqlı təklif irəli sürüb.
Deputat bu mahnının Azərbaycanda Milli Qurtuluş Günün himni olmasını təklif edib.
“Bu il bir daha əmin oldum ki, Kəmaləddin Heydərovun «Xalq Heydər deyir» mahnısı Ulu Öndərə həsr olunmuş əsərlərin ən möhtəşəmidir. Və bu tək mənim subyektiv fikrim deyil. Ona görə mən də hesab edirəm ki, bu mahnı «Qurtuluş Günü»nün himni olmalıdır. Əslində bu de-fakto belədir. Və ona görə də Yeni Azərbaycan Partiyasının bu təşəbbüslə çıxış edib məsələni rəsmiləşdirməsi heç də pis olmazdı. məncə”.