BMT Rusiyaya “yox” dedi

0
6

BMT Rusiyaya “yox” dedi

Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı qətnamə layihəsini rədd etdi

Rusiya iyun ayında BMT Təhlükəsizlik Şurasında ikinci dəfə Ukrayna ilə bağlı tənqidi qətnamənin qəbul edilməsinə təşəbbüs göstərib. Lakin qapalı şəkildə aparılan müzakirələrdən sonra qətnamə layihəsi Təhlükəsizlik Şurası tərəfindən rədd edilib.

Rusiya diplomatları layihədə Ukraynanın şərqində, hökumət qoşunları və separatçılar arasında münaqişənin aradan qaldırılması, humanitar vəziyyətin pisləşməsinin qarşısını almaq səylərinin gücləndirilməsinin vacibliyini bəyan ediblər.

Rusiyanın BMT-də səfiri Vitaliy Çurkin bildirib ki, qətnamə layihəsində Təhlükəsiz Şurası üzvlərinin qeydləri, təklifləri də nəzərə alınıb. Burada Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması, xüsusi olaraq, təsbit edilib.

Xatırladaq ki, Rusiya mart ayında Ukraynanın Krım regionunu zəbt etdiyinə görə, beynəlxalq ictimaiyyətin sərt tənqidinə məruz qalır. ABŞ və NATO Rusiyanı Ukraynada separatçıları ağır silahlarla, tanklar və raket sistemləri ilə təchiz etməkdə ittiham edir.

LEAVE A REPLY