Dünya mediası Rusiyanın yeni qitələrarası ballistik raketi olan «RS-28 Sarmat»dan yazır. Raket 2018-ci ildə Rusiya Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.
Britaniyanın «Daily Mirror» qəzeti bu raketi «Qiyamət gününün qorxunc silahı» adlandırıb.
ABŞ-ın «National Interest» jurnalı isə raketin Vaşinqtona «göz dağı» olduğunu bildirilir. Müəllif hesab edir ki, Birləşmiş Ştatlar narahat olmağa başlamalıdır.
Yeni raketin ilk nümunələri artıq hazırlanıb. Sınaq üçün hazırlanan bu nümunələrdən bu il ərzində istifadə olunacaq. Əgər sınaqlar uğurlu keçsə, istehsal prosesinə start veriləcək.
Raketin daha bir qorxulu silah olan “Satana”nı əvəzləyəcəyi bildirilir. Ən azı, 100 ton çəkisi olan «Sarmat»ın ilk pilləsində 4 ədəd RD-274 mühərriki olacaq. 15 başlıqlı bu raketlər ən azı 9 500 kilometri məsafəni qət edə biləcək.