Poroşenko Rusiya ilə hərbi əməkdaşlığı qadağan etdi

0
6

Poroşenko Rusiya ilə hərbi əməkdaşlığı qadağan etdi

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya ilə hərbi-sənaye sahəsində bütün əməkdaşlığı qadağan edib.

Bu barədə Ukrayna baş nazirinin birinci müavini Vitali Yarema İCTV telekanalına verdiyi müsahibəsində deyib.

“Bu gün Milli Təhlükəsizlik və Müdafiə Şurasında Ukrayna prezidenti Rusiya hərbi sənaye sahəsində bütün hərbi əməkdaşlığı qadağan edib. Prezident elan etdi ki, bu gündən etibarən Rusiya Federasiyası ilə bütün hərbi əməkdaşlığı praktiki olaraq dayandıraq”, – deyə Yarema bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də aprel ayında Ukrayna ilə Rusiya arasında hərbi-sənaye kompleksi sferasında əməkdaşlığın dayandırılacağını bildirmişdi.

LEAVE A REPLY