Şirkət rəhbərinin Azərbaycandan çıxışına qadağa qoyula bilər – NAZİRLİK

0
7

Vergilər Nazirliyinin Vergi Cinayətinin İbtidai Araşdırılması Departamenti “Azərplast” MMC-ni məhkəməyə verib.

“Report”un məlumatına görə, VN-in departamenti borclu MMC rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşıdırılmasına dair tələb irəli sürüb.

Sabunçu Rayon Məhkəməsi iş üzrə icraatı dayandırıb.

Qərardan narazı qalan VN-in departamenti apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.