Putinin Bakıya tələsməsinin səbəbi – Türkiyə Naxçıvanda hərbi baza yarada bilər

0
5
Aprel döyüşlərindən sonra Ermənistan-Azərbaycan münaqişəsindəki mövcud status-kvonun tezliklə dəyişəcəyi barədə heç kimdə şübhə doğurmayan yeni situasiya ilə üzləşmişik. Eyni zamanda birinci Qarabağ savaşından fərqli olaraq bu dəfə qardaş Türkiyənin və Pakistanın heç nədən çəkinmədən Azərbaycana istənilən hərbi dəstəyi verməyə hazır olmasının əyani nümyiş etdirilməsi onu iddia etməyə əsas verir ki, Rusiya əvvəlki kimi birmənalı ermənipərəst mövqe sərgiləməkdən ehtiyyat edir. Üstəliok, Moskva hər vəchlə Bakını dilə tutmağa çalışır ki, o səmimi olraq münaqişənin həllinə çalışır və digər iki həmsədr olmadan belə məsələni həll etmək iqtidarındadır. Bu baxımdan son günlər Türkiyənin Azərbaycanda, xüsusən də Naxçıvamnda hərbi baza yerləşdirməsi ehtimalları ilə bağlı çağırışlarının, tkliflərin dilə gətirilməsi Kremli narahat etməyə bilməz.
Elə fikirlərini Moderator.az-la paylaşan tanınmış ekspert İlham İsmayıl da bu qənaətdədir ki, Putinin Bakıya göslənilməz səfərə hazırlaşdığıyla bağlı yayılan xəbərlər də təsdiqini tapacağı təqdirdə bu məsələ əsas müzakirə mövzularından olacaq və onun İlham Əliyevi bundan imtina etməyə razı salacaq:
“Azərbaycan və Türkiyə arasında hərbi ittifaq olmasa da hərbi əməkdaşlıq yüksək səviyyədədi. Bu birgə təlimlər, silah alınması, kadr hazırlığı və s. özünü göstərir. Hərbi əməkdaşlığın hərbi ittifaq müstəvisinə  keçməsinə hüquqi baza Azərbaycan və Türkiyənin imzaladığı strateji mütəffiqlik sənədidir. Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yerləşdirilməsi mümkündür və ilk bazanın Naxçıvanda yerləşdirilməsi realdır. Naxçıvana hər hansı kənar dövlətin hərbi müdaxiləsinə də Türkiyənin onu müdafiə etmək hüququnun olduğu Qars müqaviləsində əksini tapıb. Dağlıq Qarabağ ətrafından kənarda, məsələn, Ermənistan – Azərbaycan sərhəddində də Türkiyə hərbi bazasının yerləşdirilməsi  mümkündür. Türkiyənin NATO üzvü olması onun başqa ölkənin ərazisində hərbi baza yerləşdirməsini qadağan etmir. Bu işdə yeganə əngəl Rusiyadır. Rusiya öz sərhədlərinə yaxın yerdə, Türkiyə ilə münasibətlərinin kəskin bir dövründə Türkiyənin hərbi bazasının yerləşdirilməsini sükutla qarşılamayacaq və mane olacaq. Putinin Bakıya gözlənilən səfəri də mümkündür ki, elə bu məsələ ilə bağlı olsun. Burda Azərbaycanın iradəsi daha önəmlidir. Azərbaycan Rusiyanın Ermənistandakı 102-ci briqadasının mövcudluğunu və zaman-zaman briqda komandanlığının Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll edəcəyi təqdirdə Ermənistan tərəfdən ölkəmizə qarşı vuruşacağını bəyan etdiyinə görə Türkiyənin  hərbi bazasını yerləşdirməyə qərarlı olduğunu bildirməlidir. Aprel ayının əvvəllərindəki cəbhədəki ağır döyüşlərdən sonra yaranmış vəziyyətdən maksimum yararlanmaq, daha çox strareji qərarlar qəbul etmək lazımdır. Bu strateji addımın ən öndə gələni də Türkiyənin Azərbaycanda hərbi bazasının yerləşdirilməsidir”.