Evinizdəki təhlükəni tanıyın
Mətbəx hər bir evin ürəyidir. Burada vaxtınızın çox hissəsini keçirirsiniz, ailəniz üçün yemək bişirirsiniz, burada toplaşaraq söhbət edirsiniz. Ancaq mətbəxin sağlamlığınız üçün təhlükə mənbəyi olduğunu da bilməlisiniz.
Aşağıdakı səbəblərdən mətbəx həyatınız üçün təhlükə törədənlər:
Qablar
Əgər mətbəxinizdə alüminium və ya teflon tava, qazan varsa, deməli, ailənizin sağlamlığı ilə oynayırsınız. Araşdırmalar Alsgeymer xəstəliyi ilə əlaqəsini üzə çıxarana qədər alüminium qablar ən təhlükəsiz hesab olunurdu. Adi alüminiumdan hazırlanmış qablardan maddələr asanlıqla yeməklərə keçir. Xüsusilə də pomidor kimi turşulu qidalarda.
Alüminium zəhərli maddələri özündə toplayan kumulyativdir. Zamanla bu ciddi zəhərə çevrilə bilər.
Tefal və Silverstoun kimi markaların məhsullarındakı teflon və ya anoloji örtüklərdən perftoroktan turşusu adlanan maddə ixrac olunur. Bu da reproduktiv problemlərə və xərçəng xəstəliyinə səbəb ola bilər.
Krandan gələn su
Mütəxəssislər birbaşa krandan gələn suyu içməyi məsləhət görmürlər. Həmin suyun tərkibindəki xloru azaltmaq üçün ya xüsusi kömürü olan filtrlərdən keçirmək, ya da ağzı açq qabda bir gün saxlamaq lazımdır.
Süngərlər
ABŞ-da hər il 48 milyon insan qida zəhərlənməsinə məruz qalır. Salmonella və mədə çöpü bakteriyaları mətbəxdə qabları yumaq üçün süngərlər vasitəsilə yayılır.
Süngərləri mütəmadi olaraq dəyişin. Yaş süngəri dezinfeksiya etmək üçün bir dəqiqə ərzində mikrodalğalı sobaya qoyun. Evinizdə bu sobadan yoxdursa, üzərinə, sadəcə, qaynar su da tökmək kifayət edir.
Soyuducu
Nəm komponentləri salat üçün olan məhsulların üzərində qoymayın. Çiy məhsullarla bişmiş məhsulları da ayrı saxlayın. ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi xəbərdarlıq edir ki, çiy əti mütləq selofan paket və ya qabın içində saxlamaq lazımdır ki, onun şirəsi başqa məhsulların üzərinə düşməsin.
Bu tövsiyələrə əməl etməklə, evinizi təhlükələrdən qoruya bilərsiniz.