Peşəkar araşdırma mərkəzi olan “National Priorities Project” təşkilatının ekspertləri ABŞ-da əhalidən toplanmış gəlir vergisinin hansı istiqamətlər üzrə xərcləndiyi barədə maraqlı hesabat hazırlayıblar.
Hesabata əsasən, ölkədə hər bir ailə federal büdcəyə orta hesabla 13 min dollar pul ödəyib.
Ödənilən pulların 28,7 faizi səhiyyə proqramına, 25,4 faizi Pentaqonun və ordunun maliyyələşdirilməsinə, 13,7 faizi dövlət borcunun faizlərinin ödənilməsinə, 8 faizi məşğulluq və işsizliklə mübarizə proqramına, 1,1 faizi elmin inkişafına, 3,6 faizi təhsil proqramlarına, 1,9 faizi mənzil və sosialyönümlü proqramlara və digər istiqamətlər üzrə xərclənib.