Mayın 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 18-21 dərəcə, Bakıda gecə 12-14 dərəcə, gündüz 19-21 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 10-15 dərəcə, gündüz 19-24 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.