Təmas xəttində vəziyyət gərgindir, döyüş əməliyyatları istənilən vaxt başlaya bilər.
Bu barədə mayın 4-də jurnalistlərə açıqlmasında Ermənistan Müdafiə naziri Seyran Ohanyan deyib.
“Biz müvafiq təhlillər aparırıq. Azərbaycanın gücü və mümkün hərəkətlərindən nəticə çıxarırıq”, – erməni nazir deyib. O əlavə edib ki, hələlik təmas xəttində müvəqqəti atəşkəs var.
S.Ohanyan həmçinin Rusiyanın Ermənistana silah tədarükünə də toxunub.
“Hərbi-texniki əməkdaşlığın sürətlənməsi üzrə işlər aparılır”, – o, deyib.