“Mən, Həcər Abbaslı bu gündən “Ümid” partiyası sədrin gender məsələləri üzrə müavini vəzifəsindən və partiya üzvlüyündən istefa verdiyimi bəyan edirəm”.
Bu açıqlamanı Strateq.az-a “Ümid” partiyasının sədr müavini Həcər Abbaslının özü bildirib.
O, istefasının səbəblərini belə izah edib:
“İstefama partiyadaxili qərarların demokratik yolla qəbul edilməməsi, partiya daxili idarəciliyinin üzvlərin ictimai siyasi təcrübəsi, fərdi potensialı, prespektivi və ümüm komanda maraqlarının əsasında deyil, sədrin şəxsi münasibətləri zəmnində aparılması, ən əsası isə Azərbaycan Respublikası Milli Məclisinə 2016-cı il 18 İyun təkrar seçkilərində iştirak qərarım və bu qərarımın partiya sədri tərəfindən rədd edilməsi, həmcinin sədrin özünün namizədliyinin partiya rəhbərliyi ilə müzakirə etmədən gizlin irəli sürməsi oldu.
Həcər ABBASLI
Bəyan edirəm ki, bu gündən müxalif partiya imitasiyasında, cəmiyyətimizdəki demokratik inkşaf prosesində iştirak imitasiyasında rol almağı deyil, dövlətimiz və millətimiz naminə müstəqil siyasi fəaliyyətə başlamağa qərar verirəm”.