ABŞ-da adamyeyən dəhşəti

0
6

ABŞ-da adamyeyən dəhşəti

Altı uşaq anasının arxasınca düşən canı qadını öldürdükdən sonra cəsədini yedi. Qatili qurbanın “imdad” mesajı ələ verib.

ABŞ-ın Tennessee əyaləti dünyanı sarsıdan adamyeyən dəhşətinə səhnə olub. 37 yaşlı Gregory Scott Hala adlı şübhəli bir kişi qadını öldürmək, cəsədə zərər vermək və cəsədin bir qismini yemək cinayətinə görə həbs olunub. Qorxunc hadisə iyunun 12-də yaşanıb.

Lisa Marie Hyder adlı 6 uşaq anası olan qadın həyat yoldaşına qəribə görünüşlü bir adam tərəfindən izlənildiyi mesajını göndərib. Hayderə çata bilməyən əri vəziyyəti polisə bildirib. Polis 1 gün sonra 36 yaşındakı qadının cəsədinin parçalarını bir ərazidə tapıb.

Qadının öldürülmədən əvvəl qatil haqqındakı “qəribə görünüşlü” sözündən axtarışa başlayan polislər, cinayət baş verən məhəlləyə ən yaxın bölgədə yaşayan satanist Gregory Scott Halanın evində axtarış aparıb. Halanın evində qurbana aid kəsik baş və cəsəd parçaları tapılıb. Cinayətin bəzi detalları bölgə prokurorunun izah edə bilməyəcəyi qədər dəhşətvericidir. Hala cəsədi parçalara ayırmadan əvvəl öldürdüyünü və bir qismini basdırdığını, qalan qismini də yediyini etiraf edib.

LEAVE A REPLY