Ermənilər Kəlbəcərdə su xətti çəkirlər

0
6

Ermənilər Kəlbəcərdə su xətti çəkirlər

“Hayastan” Fondu Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda yeni su infrastruktunun qurulmasına başlayıb. Modern.az-ın xəbərinə görə Fond erməni əhalinin süni şəkildə məskunlaşdırıldığı rayonda 2 su anbarı və bir supaylayıcı sistem quraşdırıb.

Layihənin gerçəkləşməsi nəticəsində 1000-dən artıq insan 24 saat içməli su ilə təmin olunacaq. 5 kilometr uzunluğundakı su xətti 120-dən artıq təsərrüfatı təmin edəcək.

Dağlıq Qarabağı Ermənistana birləşdirəcək 2-ci yol kimi tanınan Vardenis-Ağdərə yolunun Kəlbəcərdən də keçəcəyini nəzərə alan ermənilər əhalinin say çoxluğunu təmin etmək üçün əlavə infrastruktur layihələri də hazırlayırlar. Lakin yerli hüquq müdafiə təşkilatları Qarabağ müharibəsi zamanı dağıntılara məruz qalmış Ağdərə şəhərinin inkişafı üçün hələ çox işlərin görülməli olduğunu bildirir.

LEAVE A REPLY