Nazir döyüşdə ayaqlarını itirən əsgərə ev verdi – İşə götürdü

0
4

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2014-cü ilin avqustunda cəbhədə gedən döyüşlərdə hər iki ayağını itirmiş keçmiş əsgər Sərxan Tahirzadəni ötən həftə Lənkəranda şəxsən qəbul edib, onun problemlərilə maraqlanıb və hər cür şəraitlə təmin olunacağına söz verib.

S.Tahirzadə bu günlərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında mühasibatlıq şöbəsi üzrə müvafiq işlə təmin olunub. Eyni zamanda Bakıda onun üçün ev tutulub. Nazir onun valideynlərinin də həmin evdə yaşamasını təklif edib.

İki gündür Bakıda olduğunu deyən Qarabağ qazisi Sərxan Tahirzadə açıqlamasında faktı təsdiqləyib. Şəxsən Kəmaləddin Heydərova təşəkkür etdiyini bildirib.

Lənkəran rayonundan olan Sərxan Tahirzadə 2014-cü ilin avqustunda cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə hər iki ayağını itirib. O, TİKA-nın maddi dəstəyilə Türkiyədə müalicə alaraq, vətənə qayıdıb.
S.Tahirzadə Lənkəranda yaşadığı son vaxtlarda yerli məmurların biganəliyindən narazı idi.

Nazir döyüşdə ayaqlarını itirən əsgərə ev verdi -  İşə götürdü
Nazir döyüşdə ayaqlarını itirən əsgərə ev verdi -  İşə götürdü