Bakıda məktəbli qızı evə aparıb başına oyun açdılar

0
7

Bakıda məktəbli qızı evə aparıb başına oyun açdılar

İyunun 11-də Bakının Bakıxanov qəsəbəsində 16 yaşlı qız seksual xarakterli zorakılıqla üzləşib
Bu barədə vesti.az-a Sabunçu rayon 13-cü Polis Bölməsindən məlumat verilib.
Faktla əlaqədar iki nəfər saxlanılıb. Tutulanların adları hələlik açıqlanmasa da, onlardan biri orta məktəb şagirdi, digəri isə əvvəllər məhkum olunmuş 25 yaşlı gəncdir.
Hadisənin təfərrüatlarına gəlincə, bildirilir ki, repetitor yanına gedən məktəbli qız yolda sinif yoldaşı ilə qarşılaşıb. Söhbət zamanı qız bədəninə döymə (tatu) etdirmək istədiyini söyləyib. Oğlan isə qıza öz köməyini təklif edərək onda döymə üçün aparatın olduğunu bildirib.
Döymə aparatının evdə olduğunu deyən oğlan qızı evlərinə dəvət edib. Heç nədən şübhələnməyən qız oğlanla birlikdə onun evinə gedib. Məktəblilər evə girən zaman oğlanın dostu mənzildə onları gözləyirmiş.
Bundan sonra oğlanlar qızı bıçaqla hədələyərək ona soyunmağı əmr ediblər və qıza qarşı seksual hərəkətlər edilib. Oğlanlar qıza qarşı etdiklərini mobil telefona da çəkiblər.
Müəllim yanına getmək adı ilə evdən çıxmış qızın geri qayıtmadığını görən valideynləri polisə müraciət edib. Bundan sonra axtarışa başlayan polis yeniyetmə qızı taparaq valideynlərinə təhvil verib və cinayətkarları saxlayıb.
Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi açılıb.

LEAVE A REPLY