İsa Qəmbərin müşaviri: “Başqanlıq yox, sultanlıq sisteminə keçək”

0
7

İsa Qəmbərin müşaviri: “Başqanlıq yox, sultanlıq sisteminə keçək”

“Müsavat Partiyasının qurultayının uzadılmasında ən böyük zərbə Bakı Şəhər İcra Hakimiyyətinə deyil, partiyanın özünə dəyir. Partiyanın strukturları demək olar ki, yarımiflic vəziyyətindədir”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Səxavət Əlisoy deyib.

Xatırladaq ki, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti partiyanın qurultayına yer ayrılması ilə bağlı müraciətə hələ də cavab vermədiyi üçün iyunun 28-ə təyin olunmuş qurultay da baş tutmayacaq.

S. Əlisoy isə bildirib ki, bu vəziyyət uzun müddət davam edə bilməz. O, partiyanın qurultayının keçirilməsi üçün bəzi təkliflər irəli sürdüyünü deyib: “Mən zamanında qurultayın keçirilməsi üçün təkliflərimi vermişdim. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yer sayı az olan məkanlarda qurultayın keçirilməsini mümkün saymır. Ancaq partiyada bunu istəyən insanlar da var. Bakı Şəhər İcra Hakimiyyəti bizə yer vermirsə, partiyanın strukturlarını iflic vəziyyətində saxlamalı deyilik ki? 800 nəfərlik yer vermir, 500 nəfərlik yerdə keçirək. Bakı Şəhər İcra Hakimiyyəti bizi vadar edəcək ki, biz axırda partiyanın rəhbərliyində müzakirə apararaq, başqanlıq yox, sultanlıq sisteminə keçək, əbədi sultanlıq sistemində fəaliyyət göstərək. Onda qurultay keçirmək üçün müraciət etməyəcəyik”.

LEAVE A REPLY