Orqanizmi təmizləyən və cavanlaşdıran SARI DETOKS

0
4

Sarıkökün faydalı xüsusiyyətləri bütün dünyada tanınır. Bu ədviyyat güclü antioksidant, iltihabəleyhinə və antiseptik xüsusiyyətlərə malikdir, orqanizmi cavanlaşdırır, xərçəngin inkişafından qoruyur, çox yaxşı təmizləyir.

Sarı detoksun reseptini sizə təqdim edirik:

– 1 ç.q. sarıkök

– 1 limon

– 1 l su

– 3 x.q. bal

Hazırlanması:

– Sarıkök suda həll olunur.

– Limon yaxşı yuyulur, qabığı ilə birlikdə sürtgəcdən keçirilir, suya əlavə olunur.

– Suya bal əlavə olunur, yaxşı qarışdırılır.

– Qarışığı 24 saat ərzində sərin yerdə saxlayın, sonra yaxşı süzün və gün ərzində 2 dəfə stəkanın 1/2 hissəsi olmaqla qəbul edin.

Müalicə kursu – 2 həftə.