Yeni serial başlayır: “Möhtəşəm yüz il Kösəm Sultan”- Video

0
2

Yeni serial başlayır: “Möhtəşəm yüz il Kösəm Sultan”- Video

Türkiyənin “Star” kanalında yayımlanan, reytinq rekordu qıran “Möhtəşəm yüz il” serialı başa çatıb.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, serialın yaradıcı heyəti indi də “Möhtəşəm yüz il Kösəm Sultan”ın hazırlığına başlayıb. Belə ki, bu barədə final səhnəsində elan olunub.

Qeyd edək ki, Kösəm Sultan həm ağlı, həm də gözəlliyi ilə Osmanlı imperiyasının ən güclü qadını olaraq tanınır. Bu baxımdan Hürrəm Sultanı da geridə qoyan Kösəm Sultan Osmanlı dövlətində iki oğlunun, o cümlədən nəvəsinin padşah olduğunu görən yeganə sultandır.

LEAVE A REPLY