ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ prezidenti Barak Obama Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib
Bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
“Prezident Obama Koreya Xalq Demokratik Respublikası və Koreya Əmək partiyasının ABŞ ərazisindəki əmlakını və maliyyə yatırımlarını dondurub”, sənəddə qeyd olunub.
Həmçinin ABŞ vətəndaşlarına Şimali Koreyaya yeni investisiyalar yatırmağa, bu ölkəyə mal və texnologiyalar ixrac etmək qadağan edilib.