Məmurlarla bağlı daha bir cəza tədbiri –Parlament Cinayət Məcəlləsinə yeni maddə əlavə etdi

0
4

Məmurlarla bağlı daha bir cəza tədbiri –Parlament Cinayət Məcəlləsinə yeni maddə əlavə etdi

Azərbaycanda büdcə vəsaitlərindən və digər dövlət vəsaitlərindən təyinatdan kənar istifadə etməyə görə yeni cəzalar tətbiq edilir.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni 308-1 maddəsinin əlavə edilməsi təklif olunur.

Maddəyə görə, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə halına görə 8 000 manatdan 10 000 manata qədər cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrum ediləcək .

Eyni hərəkətlər külli miqdarda vəsaitlə olduqda 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq. Külli miqdarda dedikdə 250 min manat və daha çox məbləğ nəzərdə tutulur.

Layihə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

LEAVE A REPLY