“Biz bu dəhşətli hadisədən çox hiddətlənirik…” –Zakir Həsənov

0
5

“Biz bu dəhşətli hadisədən çox hiddətlənirik…” –Zakir Həsənov

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Ankara şəhərində törədilmiş xain terror aktı nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmaza və Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb.

Zakir Həsənov məktubunda qardaş Türkiyə Respublikasının Ankara şəhərində baş vermiş xain terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması və xəsarət alması xəbərindən dərindən kədərləndiyini bildirib:

“Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və var gücümüzlə dəstəkləyirik.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.

LEAVE A REPLY